30-50 milyon barel neft ABŞ-a təhvil veriləcək

08:43 07.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı nefti Amerika Birləşmiş Ştatlarına təhvil verəcək.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, bu neft bazar qiymətinə satılacaq:

“Bu vəsaitin Venesuela və ABŞ xalqlarının mənafeyi naminə istifadə olunmasını Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi şəxsən mən təmin edəcəyəm. Mən energetika katibi Kris Raytdan bu planın dərhal həyata keçirilməsini xahiş etdim. O, saxlama gəmiləri ilə daşınacaq və birbaşa ABŞ-dakı boşaltma limanlarına çatdırılacaq”.