493 qutu yararsız yumurta məhv edilib

15:48 27.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16.07.2024-cü il istehsal tarixli yumurta məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

Agentlikdən hafta.az-a bildirilib ki, uyğunsuzluq aşkarlanan istifadəyə yararsız yumurtalar topdançı subyekt tərəfindən geri çağırılıb.

493 qutu (177480 ədəd) yumurta bu gün agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.