İlham Əliyevlə Paşinyan Brüsseldə BU TARİXDƏ GÖRÜŞƏCƏK - İDDİA

19:20 19.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyevin növbəti görüşü mayın 23-də Brüsseldə keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkədə məlumat paylaşıb.

“Məndə olan məlumata görə, Paşinyanla Əliyev arasında növbəti görüş mayın 23-də Brüsseldə baş tutacaq”, - Aşotyan bildirib.

Onun sözlərinə görə, Qarabağ ətrafında baş verən "son fəlakətli hadisələrdən sonra Paşinyanın hansı yeni güzəştlərə gedəcəyini təsəvvür etmək olar". Siyasətçi medianı bu məlumatı dəqiqləşdirməyə çağırıb.

Hələlik bu informasiyaya Ermənistan hakimiyyətindən rəsmi şərh daxil olmayıb.

Xatırladaq ki, aprelin 6-da Belçika paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Görüşdən sonra Paşinyan və Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

Oxunma sayı 511
Gündəm rubrikasından digər xəbərlər