İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçilib

12:29 05.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib.

Akademiyadan hafta.az-a verilən məlumata görə, R.Əliquliyev bu vəzifəyə onlayn seçkilər nəticəsində seçilib.

Qeyd edək ki, R.Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib, 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub.

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.