Səudiyyə Ərəbistanına səfəri zamanı çıxış edən ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı uzun müddətdir tətbiq edilən sanksiyaların ləğv edildiyini açıqlayıb. Açıqlamadan dərhal sonra Suriyanın iqtisadiyyat naziri Nidal əl-Şar canlı yayımda həm ölkəsinin gələcəyi, həm də prosesə dəstək verən ölkələr üçün minnətdarlığını ifadə edərək, emosional anlar yaşayıb.
Hafta.az-ın yazdığına görə , əl-Şar açıqlamasında prosesə töhfə verən ölkələrə xüsusi təşəkkür edib. “Qətərə, Türkiyəyə, Suriya rəhbərliyinə və xalqımıza minnətdarıq” deyən nazir qərarın həm iqtisadiyyat, həm də diplomatiya baxımından yeni bir dövrün qapısını açdığını vurğulayıb.
Trampın bəyanatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı çəkilib. “Türkiyə lideri Ərdoğan da oxşar tələblə çıxış edib” deyən Tramp, Yaxın Şərqdəki digər müttəfiqlərin də oxşar fikirləri ifadə etdiyini və bu məsləhətləşmələr nəticəsində qərarın verildiyini bildirib.