“9 Aprel tarixi, xarici qüvvənin vətəndaşlarımıza qarşı zorakılıq həyata keçirdiyi gündür”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında deyilir. Hökumət başçısının bəyanatına əsasən, eyni zamanda, 9 Aprel Gürcüstanı birləşdirən, gürcülər arasında sevginin nifrətə qalib gəldiyi gündür.
“9 Aprel həm də azadlıq ideyasının köləliyə qalib gəldiyi gündür. Məhz bu səbəbdən, bu gün, heç vaxt olmadığı qədər, hər cür zorakılıqdan uzaq durmalı, nifrəti məğlub etməli və azadlıq ideyasını qorumalıyıq. Bu gün, 9 Aprel faciəsinin 36-cı ildönümündə xarici qüvvə Rustaveli prospektində hələ də zorakılıq, nifrəti oyadır, gürcülər arasında birliyi süni şəkildə pozmağa çalışır və azadlıq ideyasına qarşı mübarizə aparır. Lakin, 9 Aprel təcrübəsi bizə öyrətdi ki, xarici qüvvənin “mövcudluğu qısadır”, sevgi və azadlıq mütləq nifrət və köləliyə qalib gələcək”, - bəyanatda deyilir.
Baş nazir qeyd edib ki, onlar nifrətə əlavə enerji verməyəcək və ölkəni xarici qüvvənin planlaşdırdığı hər cür təxribatlardan qoruyacaqlar.