İrakli Kobaxidze: “Yeni nəsil ölkəmizin daha yaxşı gələcəyinin qurulmasına töhfə verəcək”

12:25 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş naziri İrakli Kobaxidze şagirdləri məktəbi bitirmələri münasibətilə təbrik edib.

Hafta.az-ın yazdığına görə, hökumət başçısı deyib ki, yeni nəsil həyat yolunda qarşılaşacağı yeni çağırışlara daha böyük əzmlə cavab verəcək.

“Bu gün həyatının yeni mərhələsinə qədəm qoyan bütün şagirdləri məktəbin bitməsi münasibətilə təbrik edirəm. “Son zəng” insanın həyatında bir çox müsbət emosiyalarla yanaşı, xoşbəxt gələcəyə olan inamla da assosiasiya olunur. Hər kəsə sülh dolu işıqlı gələcək, məqsəd və arzularının həyata keçməsini, maraqlı və rəngarəng həyat arzulayıram. Əminəm ki, yeni nəsil qarşılaşacağı yeni çağırışlara ruh yüksəkliyi ilə cavab verəcək, ölkəmizin daha yaxşı gələcəyinin qurulmasında faəliyyətini davam etdirəcək”, - deyə İrakli Kobaxidze bildirib.