Yazını böyüt
Yazını kiçilt
ABŞ kəşfiyyatı İranın nüvə silahı əldə etməyə yaxın olduğunu bildirir.
Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Amerika kəşfiyyatının məlumatına görə, indi söhbət artıq həftələrdən yox, günlərdən gedir.
ABŞ kəşfiyyat agentlikləri və Strateji Komandanlığın yeni hesabatına görə, ekspertlər əvvəllər Tehranın nüvə başlığı yaratması üçün mümkün vaxtı bir-iki həftəyə hesablasa da, indi bu müddət yeddi günə endirilib.
Hesabatda vəziyyətin getdikcə narahatedici hala gəldiyi və İranın nüvə imkanlarının əhəmiyyətli dərəcədə artdığı vurğulanır.