Yazını böyüt
Yazını kiçilt
Güney Azərbaycan türkləri İranda türkcənin rəsmi dil olması üçün "Dil Ədalətinə nail olmaq üçün kampaniya" başladıblar. Mədəniyyət fəallarının başlatdığı kampaniyada mindən çox insanın iştirak etdiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, kampaniyanın elanında deyilir: "Əziz dostum, Dil Ədalətini Gerçəkləşdirmə Kampaniyası türk dilinin İranın rəsmi dillərindən biri kimi tanınmasına çalışır. Odur ki, sizi petisiyanı imzalamaqla bu qanuni və ədalətli tələbi dəstəkləməyə dəvət edirik. İmzanız dil ayrı-seçkiliyinin aradan qaldırılması və mədəni hüquqlarımıza nail olunması istiqamətində təsirli bir addımdır".