Dünya İslam Birliyinin (Rabitə) baş katibi Dr. Məhəmməd əl-İsa deyib ki, islamafobiya nifrət nitqinin artmasının ən narahatedici nümunələrindən biridir. O, vurğulayıb ki, bu diskurs təkcə müsəlmanlara zərər vurmur, həm də dini müxtəlif cəmiyyətlərdə ekstremizm və parçalanmalara təkan verir.
Hafta.az-ın yazdığına görə, əl-İsa BMT Baş Assambleyasının sessiyasında islamofobiyanı mülki konstitusiyalarda və beynəlxalq qanunlarda, prinsip və normalarda nəzərdə tutulan inklüziv vətəndaşlığa nail olmaq üçün ən mühüm təhlükələrdən biri kimi qeyd edib. O, bəzi müsəlman icmalarının təcrid edilməsi, onların inteqrasiyasına mane olması və ya onların insan hüquqlarına nail olunmasının qarşısının alınması halları ilə yanaşı, etibarlı məlumatlara görə, bu gün də qorxunc bir sürətlə müsəlmanlara qarşı törədilən zərər və cinayətlərə diqqət çəkib.
Rabitə-nin baş katibi İslamofobiyanın səbəblərinə diqqət çəkib. O, bu gün sayı təxminən iki milyard olan müsəlmanların İslamın əsl simasını təmsil etdiklərini və İslamın insani anlayışa çağırışına əsaslanaraq, onların dini, etnik və mədəni müxtəlifliyi ilə ətraf dünya ilə müsbət münasibət qurduğunu vurğulayıb.
İslamofobiyanın təkcə dini məsələ deyil, həm də birgəyaşayışı və ictimai sülhü təhdid edən humanitar bir problem olduğunu vurğulayan əl-İsa deyib: “Biz təkcə İslamı deyil, həm də humanitar prinsipləri müdafiə edirik. Buna görə də dinlərin ardıcıllarını nifrət, irqçilik, təsnifat və təcrid hədəfinə çevirməyə, nifrət doğuran seçki şüarlarına, səs qazanmaq üçün qorxu toxumu səpənlərə, öz gələcəyini qorxu və parçalanma üzərində quran siyasətlərə, irqçiliyi təşviq edən mediaya, ixtilafı təşviq edən platformalara “yox” deyirik".
Əl-İsa deyib ki, o, dindən sui-istifadə edən ekstremistlərə və dinin həqiqətini təhrif edən terrora qarşıdır. Digər tərəfdən, İslamı həqiqəti görməkdən boyun qaçıranlara, sırf onların dini və ya irqi bizdən fərqli olduğuna görə başqalarından qorxmağa “yox” deyir. "Din və ya irq baxımından sizinlə həmfikir olanlar öz dini və ya etnik icmaları üçün başqaları haqqında yanlış təsəvvürlərinizdən daha böyük təhlükə yarada bilər", - o deyib.
Əl-İsa tolerantlığın və sevginin hökm sürdüyü bir dünya qurmaq üçün beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edib. Eyni zamanda, təhsil və mədəniyyət müəssisələrinin indi və gələcəkdə, xüsusən də uşaq və gənclərin şüurunda maarifləndirmə işində mühüm və konkret rol oynamağa borclu olduğunu vurğulayıb.