Yazını böyüt
Yazını kiçilt
İsmayıllıda kişi meyiti aşkar olunub.
APA-nin Şirvan bürosu xəbər verir ki, dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
Ilkin araşdırmalar nəticəsində məlum olub ki, meyiti tapılan şəxs 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Nəsirov Misirxandır.
Şəxsin psixoloji problemləri olduğu bildirilir.
Meyit kəndin su keçidində aşkarlanıb.