İsmayıllıda narkotik satan şəxslər saxlanılıb

10:29 30.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.