İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

18:47 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiramımı bildirirəm”.