İsveç Kralı Prezident İlham Əliyevi təbrik edib

16:29 24.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Hafta.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hrmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.