ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

09:49 25.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Hafta.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə XİN-dəki mənbəsinə istinadən bildirib.

Səfirə ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına ölkənin etirazı çatdırılıb.

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə bəyanatından sonra ABŞ səfiri Devid Satterfild bizim nazirliyə çağırılıb və nazir müavini Sedat Onal tərəfindən qəbul edilib”, - mənbə bildirib.

Mənbənin məlumatına görə, səfirə məlumat verilib ki, Türkiyə tərəfi Baydenin bəyanatını qəbul etmir və rədd edir.