ABŞ Venesuelada vəziyyətə nəzarət edir

08:38 05.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Ağ Evə dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ Venesuelada vəziyyətə nəzarət edir.

Hafta.az xəbər verir ki, Tramp hazırda orada hakimiyyətdə olan insanlarla təmasda olduqlarını bildirib.

ABŞ lideri hələ də prezident səlahiyyətlərini idarə edən Delsi Rodrigezlə şəxsən danışmadığını, lakin başqalarının onunla artıq əlaqə yaratdığını vurğulayıb.

O, Rodrigezin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib:

"Venesuela hazırda ölü bir ölkədir. Biz onu geri qaytarmalıyıq və infrastrukturu işlək vəziyyətə gətirmək üçün neft şirkətlərinin böyük investisiyalarına ehtiyacımız olacaq".