Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Ağdam və Ukraynanın Poltova vilayətinin Reşetilovka şəhərləri qardaşlaşmış şəhərlər ola bilərlər.
Poltava Vilayət Dövlət Administrasiyasından hafta.az-a bildiriblər ki, Reşetilovka ilə Ağdam şəhərlərinin qardaşlaşması üçün Azərbaycan tərəfinə təklif göndərilib, danışıqlar aparılır.
“Ukrayna ilə Azərbaycan strateji tərəfdaşdır, bütün sahələr üzrə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin bölgələri arasında da ikitərəfli münasibətlər mövcuddur. Reşetilovka ilə Ağdam şəhərlərinin qardaşlaşması iki ölkənin əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verə bilər”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda Azərbaycan və Ukraynanın 11 şəhəri qardaşlaşmış şəhərlərdir.