Arda Turan “Qarabağ”a təşəkkür edib

15:40 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Eyupspor” klubunun baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, ölkəsinin 37 yaşlı əfsanəsi Azərbaycan çempionunun möhtəşəm mübarizə apardığını vurğulayıb.

O şəxsi hesabında bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ı təbrik edib:

"Qarabağ". Möhtəşəm mübarizə. Təşəkkürlər, təbriklər".

 

Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda 2:2 oynadığından avrokubokla vidalaşıb.