Yazını böyüt
Yazını kiçilt
Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının təşkilatçılığı, Dövlət Rəssamlıq Akademiyasının və Argentinanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə rəsm sərgisi təşkil olunacaq.
Səfirlikdən Hafta.az-a verilən xəbərə görə, iyulun 8-də saat 19:00-da Rəssamlar Akademiyasında keçiriləcək sərgi “Argentina Azərbaycan rəssamlarının gözü ilə” adlanacaq. Sərgi Argentinanın Müstəqillik Gününə həsr olunur.
Qeyd olunur ki, Argentina müstəqilliyini 1816-cı il 9 iyul tarixində elan edib. Tədbirdə təsviri sənətin bütün növləri üzrə Azərbaycanın 70 rəssamı tərəfindən 70 əsər nümayiş olunacaq.
Sonda iştirakçılar diplomlarla təltif ediləcək.