“Azərbaycan özünün neft-qaz yataqlarının istismarında, nəqlində önəmli uğurlar əldə edib. Artıq bir çox Avropa ölkələri Azərbaycana strateji tərəfdaş kimi baxır, Azərbaycan qazı ilə öz ehtiyaclarını ödəyir”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının əhəmiyyətini şərh edərkən bildirib.
Onun fikrincə, belə tədbirlər Azərbaycan dövlətinin varlanması, əhalinin həyat şəraitinin yaxşılaşması və beynəlxalq miqyasda imicinin yüksəlməsinə ifadə edən faktorlardandır.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən bu tədbiri onu göstərir ki, Azərbaycan Avropanın bir çox ölkələrinə enerji təhcizatında böyük dəstək verir. Əslində bu, Azərbaycanın həm də ticari əlaqələrinin, nüfuzunun, geopolitik mövqelərinin güclənməsinə bir nümunədir. Azərbaycan alternativ enerji mənbələrinin istehsalı, nəqli ilə bağlı ciddi layihələr həyata çeçirir. Bütün bunlar Azərbaycanın mövqeyini gücləndirir, nüfuzunu, tərəfdaşlarını artırır”.