Avtomobil təmiri sexində yanğın olub

10:24 13.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.