“Azərbaycan Afrika ölkələrinə yatırım qoya bilər” - Məhəmməd Əsədullazadə

12:02 03.03.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanla Afrika ölkələri arasında əlaqələr yeni müstəviyə keçib. Təbii ehtiyatların işlənməsi istiqamətində böyük təcrübəsi olan Azərbaycan məhz bu istiqamətdə Afrika ölkələrinə böyük dəstək verə bilər”.

Bu barədə hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıq əlaqələri və istiqamətləri, əhəmiyyəti ilə bağlı şərhində bildirib.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Misir, Efiopiya, Nigeriya, Liviya və bir çox ölkələrlə əməkdaşlığını yeni müstəvidə davam etdirir. Onun sözlərinə görə, Afrika ölkələri təbii ehtiyatlarla zəngindir və Azərbaycan onun emalında həmin ölkələrə dəstək verə bilər.  

Siyasi ekspert Afrika ölkələri rəhbərlərinin Azərbaycanda olarkən xüsusilə ASAN Xidmət modeli ilə maraqlandığını önə çəkib. Afrika ölkələri məhz belə bir idareətrtmə sistemini tətbiq etməyə çalışırlar.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünə Afrika ölkələri ilə əlaqələri davam etdirdi. Afrika ölkələri BMT-də səs hüququna malik olsalar da, bu ölkələrə qarşı aparılan müstəmləkəçilik siyasəti etnik qarşıdurma dünyaya inteqrasiyasının qarşısını alır. Amma yeni siyasi nizam formalaşır və  o ölkələr də dünyaya açılır. Afrika ölkələri iqtisadiyyatlarının şaxələndirilməsi, milli iqtisadiyyatın inkişafı, təbii ehtiyatlardan səmərəli istifadə istiqamətində layihələr həyata keçirirlər. Afrika dövlətləri ölkəmizlə əlaqələrə mühüm önəm verirlər”.

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Afrika ölkələrinə yatırım qoya bilər.