“Ermənistanla sərhəddə yerləşən bu ərazi Azərbaycanın yuridiksiyasına daxildir və bu fakt beynəlxalq sənədlərdə, topoqrafik məlumatlarda öz əksini tapıb. Azərbaycan heç bir şərt daxilində bu ərazilərdən vaz keçə bilməz və ordumuzun həmin istiqamətdə tutduğu mövqeni tam dəstəkləyirik”.
Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu Ermənistanın vaxtı ilə Azərbaycana məxsus “Qaragöl” ərazisinin guya onlara məxsus olması barədə qaldırdığı məsələlərə bağlı açıqlamasında bildirib.
Partiya sədri Şuşada keçirilən “Xarıbülbül” festivalının tarixi ərazilərimizə, mədəniyyət beşiyimizə qayıdış olaraq dəyərləndirməklə, bu tədbirin eyni zamanda bir siyasi aksiya olduğuna diqqət çəkib.
“Hakimiyyət qısa zaman kəsiyində Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı, vətəndaşlarımızın dinc yaşaması, təhlükəsizliyinin təmin edilməsi sahəsində təxirəsalınmaz tədbirlər görməlidir”.