Azərbaycan hərbçiləri Türkiyədə 6 həftəlik təlim kurslarını başa vurublar

14:40 28.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hərbçilərinin Türkiyənin İsparta bölgəsində keçdiyi hərbi təlimlər başa çatıb.

Hafta.az-ın "Sabah"a istinadən yazdığına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat yayılıb. Nazirliyin paylaşımında qeyd edilir ki, sitat: Azərbaycan ordusunun qəhrəman əsgərləri, İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təlim və Tətbiqat Mərkəzi Komandanlığındakı 6 həftəlik komando təlim kurslarını uğurla başa çatdırıb. Qardaşlarımız üçün kurs qapanış tədbiri keçirilib.