Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

14:40 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

ABŞ artıq may ayının 1-dən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.

Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Oxunma sayı 450