Yazını böyüt
Yazını kiçilt
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniyanın xarici işlər naziri Tanya Fayon arasında geniş tərkibli görüş keçirilir.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
Görüş zamanı tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Eyni zamanda, regional təhlükəsizlik, nəqliyyat əlaqələri və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.