Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib

15:32 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq”, - deyə paylaşımda qeyd edilib.