Azərbaycan Xalq Hərəkatı qurultaya hazırlaşır

09:39 17.04.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

KXCP sədri Mirmahmud Mirəlioğlunun, Qurban Məmmədovun Xalq Hərəkatına aidiyyəti yoxdur

Müxalifət düşərgəsində böyük qalmaqal və parçalanma ilə müşahidə olunan bir sıra siyasi  partiyaların, eləcə də mərhum İsgəndər Həmidovun yaratdığı Azərbaycan Xalq Hərəkatı (AXH) qurultaya hazırlaşır. Qurultayı parçalanma və çaxnaşmalarla yadda qalan edən  AXH-nin hansı qanadı keçirir: İsgəndər Həmidov, yoxsa Mirmahmud Mirəlioğlu qanadı? AXH tərəfləri kompromisə gəldimi? suallarıdır.

Bu barədə hafta.az-a açıqlama verən AXH-nin dönəm sədri İlyas Abdullayev hərəkatın indi də fəaliyyət göstərdiyini deyib. O bildirib ki, iddia edildiyi kimi, KXCP sədri Mirmahmud Mirəlioğlu və Qurban Məmmədovun Xalq Hərəkatına aidiyyəti yoxdur. 

“Mirmahmud Mirəlioğlu AXH-dən aralanıb.  Sonra Qurban Məmmədovun təkidi ilə İsgəndər Həmidov komada olduğu dövrdə, özünü AXH-nin rəhbəri  elan edib. İndi AXH adına iddia edən Mirmahmud Mirəlioğludan başqa orada heç kim yoxdur.

Azərbaycan Xalq Hərəkatını mərhum İsgəndər Həmidov yaratdı və hərəkat iyunun 1-nə qədər qurultayını keçirməyə hazırlaşır.

Qurban Məmmədov hərəkatın dağıdıcılıq işi ilə məşğul olmuşdu. Onun hərəkat üzvlərini təxribata təlimatlandırması ilə bağlı votsap yazışmaları üzə çıxmışdı”.  

Hazırda qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 9 üzvünün olduğunu deyən İ.Abdullayev pandemiya dövründə onlayın görüşlər və digər açıq tədbirlər keçirildiyini söyləyib.

 “Bir vaxtlar Mirmahmud Mirəlioğlu deyirdi ki, AXCP mənəm, sonra oldu  KXCP.  Bir vaxtlar deyirdi ki, Əbülfəz Elçibəydən sonra AXCP-nin varisi mənəm. Sonra məcbur olub addəyişikliyinə getdi. Mirmahmud Mirəlioğlunun AXH-yə iddia etməsi AXCP-dəki o yolun təkrarıdır”.