Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

18:12 27.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahda hafta.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.