Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanıla bilər

12:34 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan Ortaq Türk Tarixi ilə bağlı hazırlanmış dərsliyin tədrisinə başlanması, eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir.

Hafta.az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclasında çıxış edərkən deyib.

C.Bayramov bildirib ki, iclasda bu məsələ də müzakirə ediləcək:

“Eyni zamanda, Beynəlxaq Türk Akademiyası türk dünyasının görkəmli şəxsiyyətlərinin hər il üçün möhtəşəm tarixləri, böyük yubileylər bu Elmi Şurada müzakirə ediləcək. Əminəm ki, 2020-ci il üçün məzmunlu və maraqlı iş planı təsdiq olunacaq".