Azərbaycanın mühüm platforma kimi mövqeyi güclənir - Könül Nurullayeva

16:57 21.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır. Amma təbii ki, hazırda çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır.” Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyevin bu bəyanatı bir daha təsdiqlədi ki, rəsmi Bakı bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün hərtərəfli səylər göstərir.

Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, lakin sülh sazişi imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Bu, Azərbaycan Prezidentinin prinsipial mövqeyidir:

"Bu beynəlxalq platformada səslənən fikirlərdən, dövlət başçımıza ünvanlanan suallardan da aydın göründü ki, nüfuzli ictimai-siyasi şəxslər Azərbaycanın ərazi bütövlüyünün bərpasını ədalətin bərpası kimi qəbul edir. 30 illik münaqişənin nəticələrinə gəlincə, diskussiya klubunun üzvləri də etiraf edir ki, işğal Ermənistanı uzun onlilliklər geri atdı. Yeni mərhələdə də Ermənistanın zaman itirməsi bu ölkə üçün daha böyük faciələrin başlanğıcı olacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tribunasınadan verilən əsas mesajlardan biri də bundan ibarət idi ki, revanşizm meyilləri sağlam düşüncəyə və inteqrasiyaya mane olur. Bu günün əsas reallığı unikal əməkdaşlıq formatının yaranmasını şərtləndirən Zəngəzur dəhlizinin reallaşması istiqamətində çalışmaqdır. Çünki bu dəhliz regional iqtisadi əlaqələri, kommunikasiyanı gücləndirməklə yanaşı, həm də sözün bütün mənalarında Ermənistanın son şansıdır. Konfrans iştirakçıklarının qənaəti belədir ki, Ermənistan və erməni xalqı bu şansı mütləq dəyərləndirməlidir. Hətta Latviyanın sabiq Prezidenti Valdis Zatlersin timsalında deyə bilərik ki, bəzi siyasətçilər Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh sazişini regionun bütün ölkələri ilə təhlükəsizlik sazişi kimi qiymətləndirir. Bəzi iştirakçıların, məsələn İSESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycrinin timsalında deyə bilərik ki, Ermənistanın ağlını başına yığacağına ümidi yoxdur.
Bu platformanıən əsas vacib xüsusiyyətlərindən biri də postmünaqişə dövründə bərpaprosesinə mane olan səbəblərin dünya ictimaiyyətinə çatdırılması oldu. Belə ki, Ermənistanda ən azı 1 milyon mina basdırdığı ərazilərin xəritəsi olduğu, amma bunu verməməklə, Azərbaycanın əlavə vaxt, maliyyə itirməsinə səbəb olduğu, qayıdış prosesini ləngitdiyi qeyd olundu. Bununla bir daha nüfuzlu beynəlxalq qurumlara çağırış edildi. Ümumilikdə Nizami Gəncəvi beynəlxalq Mərkəzinin təçkil etdiyi müzakirələr Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm də bu problemlərin həllində Azərbaycanın rolunun yüksəldiyini nümayiş etdirdi".