Azərbaycanın nümayəndə heyəti İrana səfərə gəlib

12:45 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gəlib.

Hafta.az xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.