Bakıda evdən oğurluq edilib

13:26 24.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 23-də Xətai rayonu N.Tusi küçəsində yerləşən evlərin birindən içərisində 200 manat, 180 manat dəyərində mobil telefon, bank kartları və ev açarları olan çantanın talanması barədə polisə məlumat daxil olub.Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən İ.Quliyev və əvvəllər məhkum olunmuş R.Zeynallı müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.