Bakıda yaşayış binasında yanğın - təxliyə olunanlar var

21:26 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.