Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub

23:21 09.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

"Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Buzovna”, “Astara”, “Bilgəh-2”, “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub", - deyə Nazirlikdən bildirilib.