Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkarlanıb

10:34 06.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.