Beynəlxalq təşkilatlar Ermənistandan mina xəritələrini Azərbaycana verilməsini tələb etməlidir

21:00 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin həlak olması ilə nəticələnən mina partlayışı erməni vandalizminin növbəti təzahürüdür. Ermənistanın bu davranışı onun bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olaraq qalmaqda davam etdiyini göstərir.

Hafta.az xəbər verir ki, bu fikri Ukraynanın nüfuzlu “obozrevatel.com” saytına açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib.

M.Cəfərov bildirib ki, beynəlxalq insan hüquqları təşkilatları bu cür faciələrə biganə qalmamalıdır. Jurnalistlərin ölümünə səbəb olan bu təxribatı qətiyyətlə qınamağa tələsməyən beynəlxalq informasiya ictimaiyyətindən lazımi dəstəyi hiss etmirik.

“Beynəlxalq təşkilatlar Ermənistandan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini və diversiya hərəkətlərini dayandırmasını tələb etməlidir”, - deyə M.Cəfərov bildirib.

Oxunma sayı 493
Siyasət rubrikasından digər xəbərlər