Binəqədidə evdə yanğın olub

22:49 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Binəqədi rayonunda həyətyanı ərazidə ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları və yaxınlıqdakı evin hasarının üzərinə quraşdırılan talvar 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.