“Bir daha bildirirəm ki, Ermənistan ordusuna atəşkəsi pozmamaq barədə dəqiq göstəriş vermişəm...”- Paşinyan

14:52 15.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bütün çətinliklərə baxmayaraq, biz sülh gündəmindən kənara çıxmayacağıq”

Ermənistan Baş naziri Nikol Paşinyan bunu Milli Assambleyada Ermənistan hökumətinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

“Aydındır ki, bəzi qüvvələr hər gün müharibə təbliğatı aparır, onun həyata keçirilməsinə yönəlmiş konkret hərəkətlərə çağırırlar”, - deyən Baş nazir son günlər Xnatsax kəndində iki konkret hədəfə alma faktının qeydə alındığını vurğulayıb.

Paşinyan Ermənistan ordusuna atəşkəsi pozmamaq barədə dəqiq göstəriş verdiyini bir daha təsdiqləyib:

“Bir daha bildirirəm ki, mən Ermənistan ordusuna atəşkəs rejimini pozmamaq barədə dəqiq göstəriş vermişəm...”.

Hökumət başçısı qeyd edib ki, Ermənistan ordunun atəşkəs rejimini pozması ilə bağlı xəbərləri araşdırmağa hazırdır.