Yazını böyüt
Yazını kiçilt
Ermənistanın ikinci prezidenti Robert Koçaryan seçki təbliğatı ilə görüşlərindən birində deyib ki, erməni ordusu, silahlanma və sərhədlərin gücləndirilməsi ilə bağlı ona bir il vaxt kifayətdir.
Hafta.az xəbər verir ki, Koçaryan bu xam xəyalını belə əsaslandırıb ki, bir il ərzində ordunun və şəxsi heyətin döyüş qabiliyyəti, nizam-intizamı və sərhədlərin müdafiəsi üçün yetərli vaxtdır:
"Bütün yaraların sağalmasına isə 3 il lazım olacaq. Bu bizim müddətdir".
Ermənistanın keçmiş prezidenti mövcud reallıqları nəzərə almadan elə keçmişdən sitat gətirib: "1992-ci ildə 2 ay ərzində könüllülərdən nizami ordu yaratdıq".