Bir sıra ölkələrin hökumət başçıları Əli Əsədovu təbrik edib

14:23 27.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir sıra ölkələrin hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə hafta.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Türkiyə Respublikasının vitse-prezidenti, Çin Xalq Respublikasının, Özbəkistan Respublikasının, Qazaxıstan Respublikasının, Belarus Respublikasının, Ukraynanın, Polşa Respublikasının, Çex Respublikasının, Slovakiya Respublikasının, Şimali Makedoniya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının, Malayziyanın hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.