“Biz əmin olmaq istəyirik ki, Azərbaycanda Qərbi Azərbaycan hərəkatına başlamaq üçün heç bir siyasi qərar yoxdur...” - Paşinyan

18:00 26.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İstər Ermənistan daxilində, istərsə də xaricdə Ermənistan Respublikası və Ermənistan hökumətini qəbul edilmiş strategiyanı davam etdirməkdən yayındırmaq məqsədi daşıyan proseslər, istəklər və planlar mövcuddur”.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistan Respublikasının baş naziri Milli Assambleyada hökumətlə sual-cavab iclasında “Vətəndaş sazişi” fraksiyasından olan deputat Lilit Minasyanın sualını cavablandırarkən deyib.

Paşinyan sözünə belə davam edib:

“ATƏT-in Minsk həmsədrliyinin ləğvi məsələsi bizim üçün bir az əvvəl qeyd etdiyim səbəbdən mübahisəlidir, mən hesab edirəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, ona görə də biz ATƏT-in Minsk həmsədrliyinin ləğvi ilə bağlı qərarı niyə təxirə salırıq?  Biz əmin olmaq istəyirik ki, Azərbaycanda Qərbi Azərbaycan hərəkatına başlamaq üçün heç bir siyasi qərar yoxdur. Qərbi Azərbaycan hərəkatı və bu hekayə sülhün bərqərar olması haqqında deyil, münaqişə məntiqini Azərbaycan ərazisindən Ermənistana ixrac etməkdir”.