“Bu ağrılı xatirə həmişə qəlbimizdə yaşayacaq” – Polşa səfiri

09:20 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən diktator İosif Stalinin rejimi tərəfindən Krımdan deportasiya edilən Krım tatar xalqının soyqırımının 81-ci ildönümü qeyd edildi. 1944-cü il mayın 18-də sübh çağı məhz Stalinin əmri ilə Krım tatarları öz vətənlərindən qoparıldı.

Hafta.az-ın yazdığına görə, Polşanın Ankaradakı səfiri Makiej Lanq bildirib ki, 1944-cü il mayın 18, 19 və 20-də Krımda 200 minə yaxın kişi, qadın və uşağın qeyri-insani şəraitdə heyvan vaqonlarına yüklənərək Orta Asiya və Sibirə sürgün edilib: "Bu çətin yolda 8 min insan həyatını itirdi, təxminən 45 min insan Sovetlərin deportasiyasının ardından başlayan deportasiya yerində öldü. Krımda tatar irsini məhv etmək niyyəti ilə sistematik məhv kampaniyası həyata keçirildi”

1980-ci illərin sonlarında sürgün edilən Krım tatar xalqının ruslar tərəfindən qəsb edilmiş həyatlarına qayıtmaq imkanını bərpa edə bildiklərini deyən səfirin sözlərinə görə, 70 ildən sonra - 2014-cü ildə Rusiya Krım Muxtar Respublikası və onun tərkibində olan Akyareva şəhərini qanunsuz olaraq ilhaq edib. İşğaldan dərhal sonra yarımadada Krım Tatar xalqına qarşı sistematik zülm siyasəti həyata keçirən Moskva Krım Tatarlarının Milli Məclisi olan parlamentin fəaliyyətini yasaqlayıb, Krım Tatarlarının bir çox ziyalısı yenidən öz vətənlərindən sürgün edildilər, bəziləri illərlə rus zindanlarında əsir qaldı”.

Lanq Polşanın Krım tatar icmasının tarixinə, mədəniyyətinə və ortaq sivilizasiya irsinə verdiyi töhfələri yüksək qiymətləndirib: "Polşa-Litva Birliyindən qalma dinc yanaşı yaşamaq ənənəmiz böyük dəyər kimi qorunub saxlanılır. Tatar icması ilə həmrəyliyimizin mühüm təzahürü kimi, Polşa Seymi 12 iyul 2024-cü il tarixində tatarların sürgünündə insanlığa qarşı törədilmiş cinayətlərin qurbanlarının xatirəsini rəsmən yad etmək haqda qərar qəbul edib. Bu faciəli tarixə qalib gələn Krım tatar xalqı ilə həmrəy olduğumuzu bəyan edir, şəxsiyyətini, dilini, mədəniyyətini və müqavimət ruhunu qoruyub saxlayan tatarların - Krım yarımadasının yerli xalqının öz vətənlərinə qayıtması, sülh, azadlıq, insanlıq, ləyaqət və əsas hüquqlar çərçivəsində yaşaması üçün 1944-cü ildə Krım tatarlarına qarşı törədilən böyük deportasiya zamanı dəhşətli nəticələrə məruz qalan qurbanların xatirəsini dərin hüznlə anırıq. Ümidvarıq ki, bu xatirə zülmkar rejimlərin və qanunsuzluqların bir daha təkrarlanmaması üçün bir xəbərdarlıq olacaq”.