Bu gün 68 mindən çox vaksin vurulub

21:25 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 68021 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41934 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 26087 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 5187428 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3013620 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2173808 nəfərdir.