Bu il 111 terrorçu təslim olub - Türkiyə MN

13:45 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə PKK terror təşkilatının 111 üzvü təslim olub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin illik hesabat brifinqində bildirilib.

"Bu həftə daha 3 PKK terrorçusunun təslim olması ilə cari il ərzində təslim olanların sayı 111-ə çatıb. Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir", - məlumatda deyilir.