Bu il tikilən və təmir edilən məktəblərin sayı açıqlanıb

15:25 25.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

Hafta.az xəbər verir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, bu il Nazirlik tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.