Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə telefonla danışıb

21:40 13.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildiriblər ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.