Yazını böyüt
Yazını kiçilt
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən hafta.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.