Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

21:33 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

arici işlər naziri Ceyhun Bayramov son günlər Azərbaycan-Ermənistan dövlətsərhədində baş verən gərginliyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən hafta.az-a verilən xəbərə görə,ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib.

XİN başçısı bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.