DİM-də növbəti TOEFL imtahanı keçirilib

14:50 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.

DİM-dən hafta.az-a verilən məlumata görə, imtahanda 7 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrini 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq.

Qeyd edək ki, növbəti TOEFL imtahanının fevralın 15-də keçirilməsi nəzərdə tutulur.